Yuxarı

ATƏT-in Minsk Qrupunun həmsədləri: Heç bir dövlət Dağlıq Qarabağın müstəqilliyini tanımır

Biz bu seçkilərin nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir etmə baxımından qəbul etmirik

Bakı. 1 May. REPORT.AZ/ ATƏT-in Minsk Qrupunun həmsədləri Azərbaycanın işğal altındaki Dağlıq Qarabağ bölgəsində mayın 3-də keçirilməsi nəzərdə tutulan "parlament seçkilərini" tanımır.

"Report"un məlumatına görə, bu barədə ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir.

Sənəddə deyilir: "Münaqişənin ümumi həlli nöqteyi-nəzərdən Dağlıq Qarabağdaki insanların gələcəklərinin müəyyən edilməsindəki rolunu qəbul edirik. Bununla belə, həmsədr dövlətlərdən və dünyanın heç bir dövləti Dağlıq Qarabağı suveren və müstəqil ölkə kimi tanımır. Bu isə o deməkdir ki, biz bu "seçkilərin" nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir etmə baxımından qəbul etmirik. Vurğulayırıq ki, bu "seçkilər" Dağlıq Qarabağın yekun statusuna və Dağlıq Qarabağ münaqişənin davamlı və sülh yoluyla həllinə istiqamətlənmiş danışıqlar prosesinin nəticələrinə heç bir təsir göstərə bilməz".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi