ATƏT-in Minsk Qrupunun həmsədləri: Heç bir dövlət Dağlıq Qarabağın müstəqilliyini tanımır

ATƏT-in Minsk Qrupunun həmsədləri: Heç bir dövlət Dağlıq Qarabağın müstəqilliyini tanımır "Biz bu "seçkilərin" nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir etmə baxımından qəbul etmirik"
Qarabağ
1 May , 2015 00:20
ATƏT-in Minsk Qrupunun həmsədləri: Heç bir dövlət Dağlıq Qarabağın müstəqilliyini tanımır

Bakı. 1 May. REPORT.AZ/ ATƏT-in Minsk Qrupunun həmsədləri Azərbaycanın işğal altındaki Dağlıq Qarabağ bölgəsində mayın 3-də keçirilməsi nəzərdə tutulan "parlament seçkilərini" tanımır.

"Report"un məlumatına görə, bu barədə ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir.

Sənəddə deyilir: "Münaqişənin ümumi həlli nöqteyi-nəzərdən Dağlıq Qarabağdaki insanların gələcəklərinin müəyyən edilməsindəki rolunu qəbul edirik. Bununla belə, həmsədr dövlətlərdən və dünyanın heç bir dövləti Dağlıq Qarabağı suveren və müstəqil ölkə kimi tanımır. Bu isə o deməkdir ki, biz bu "seçkilərin" nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir etmə baxımından qəbul etmirik. Vurğulayırıq ki, bu "seçkilər" Dağlıq Qarabağın yekun statusuna və Dağlıq Qarabağ münaqişənin davamlı və sülh yoluyla həllinə istiqamətlənmiş danışıqlar prosesinin nəticələrinə heç bir təsir göstərə bilməz".

Son xəbərlər

Orphus sistemi