ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədrinin adı açıqlanıb

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədrinin adı açıqlanıb Riçard Hoqland bu vəzifədə Ceyms Uorliki əvəz edəcək
Qarabağ
30 Dekabr , 2016 15:28
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədrinin adı açıqlanıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Riçard Hoqland 2017-ci ilin yanvar ayından ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədri təyin olunacaq.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, o, bu vəzifədə vasitəçilik fəaliyyəti dekabrın 31-də başa çatacaq Ceyms Uorliki əvəz edəcək.

R.Hoqland 30 illik diplomatik təcrübəyə malikdir. O, 2003-2006-cı illərdə ABŞ-ın Tacikistandakı, 2008-2011-ci illərdə Qazaxıstandakı səfiri olub, 2011-2013-cü illərdə isə ölkəsinin Pakistandakı səfirinin müavini kimi çalışıb.

Son xəbərlər

Orphus sistemi