Bakı. 2 aprel. REPORT.AZ/ ATƏT-in Minsk qrupu gələn həftə Vyanada növbəti iclasında Dağlıq Qrabağda təmas xəttində vəziyyətin kəskin dəyişməsini müzakirə edəcək.
"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
İnformasiyaya görə, həmsədrlər Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı ATƏT-in Minsk qrupunun üzvlərini məlumatlandıracaqlar.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, rəsmi Moskva ATƏT-in Minsk qrupunun həmsədrləriylə məsləhətləşmələrə başlayıb.