ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevanda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü müzakirə ediblər

ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevanda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü müzakirə ediblər Görüşdə həmçinin Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunub
Qarabağ
6 Oktyabr , 2017 21:46
ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevanda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü müzakirə ediblər

Bakı. 6 oktyabr. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Endryu Şoferi (ABŞ) və Stefan Viskontini (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşiki qəbul edib.

"Report"un məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti xəbər yayıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə prosesin irəliləyişi imkanları və Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili məsələləri müzakirə edilib. Həmçinin Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunub.

Görüş iştirakçıları tərəflərin münaqişənin sülh yolu ilə nizamlanmasına yönəldilmiş öhdəliklərə sadiqliyinin zəruriliyini vurğulayıblar.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 7 -də Bakıda rəsmi görüşəcəklər. Diplomatların Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarqsyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi