Yuxarı

ATƏT-in Minsk qrupunun həmsədrləri təşkilatın fəaliyyətdə olan sədri və baş katibi ilə görüşüblər

Görüşdə Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan gərginliyin azalmasının vacibliyi vurğulanıb

Bakı. 7 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri təşkilatın fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç və təşkilatın baş katibi Lamberto Zanyerlə görüşüblər.

"Report"un verdiyi xəbərə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik öz "tvitter" səhifəsində bildirib.

Onun sözlərinə görə, görüşdə Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan gərginliyin azalmasının vacibliyi vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi