Yuxarı

​ATƏT-in Minsk qrupu həmsədrləri Kaliforniyadakı Azərbaycan icmasının nümayəndələri ilə görüşüblər

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair fikir mübadiləsi aparıblar

Bakı. 9 iyul. REPORT.AZ/ Californiyada Azərbaycan icması nümayəndələri və ATƏT-in Minsk Qrupunun burada səfərdə olan həmsədrləri  amerikalı Ceyms Uorlik və fransalı Pyer Andriye arasında görüş keçirilib.

"Report" Azərbaycanın Los Anjelesdəki Baş Konsulluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin və fransalı Pyer Andriye, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair fikir mübadiləsi aparıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi