Yuxarı

​ATƏT-in Minsk qrupu həmsədrləri gələn həftə regiona səfər edəcəklər

Oktyabrın 28-də vasitəçilər Bakıda görüşlər keçirəcəklər

Bakı. 20 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupu həmsədrləri gələn həftə regiona səfər edəcəklər. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, oktyabrın 26-da vasitəçilər Yerevana gələcəklər, oktyabrın 28-də isə Bakıda görüşlər keçirəcəklər.

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə jurnalistlərin sualını cavablandıran xarici işlər naziri bu məsələ ilə bağlı tələsməməyə çağırıb və bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüş zamanı məsələnin müzakirə olduğunu xatırladıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi