ATƏT-in Minsk qrupu Almaniya ilə məsləhətləşmələr aparacaq

ATƏT-in Minsk qrupu Almaniya ilə məsləhətləşmələr aparacaq Yanvarın 1-dən etibarən Almaniya 1 il ərzində ATƏT-ə sədrlik edəcək
Qarabağ
11 Noyabr , 2015 12:05
ATƏT-in Minsk qrupu Almaniya ilə məsləhətləşmələr aparacaq

Bakı. 11 noyabr. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Almaniya ilə məsləhətləşmələr aparacaq. "Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik şəxsi "twitter" səhifəsində yazıb.

"Bu gün biz Almaniya - ATƏT-in gələcək sədri ilə məsləhətləşmələr aparacağıq. Gəlin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində birgə işləyək", - D.Uorlik yazıb.

Qeyd edək ki, Almaniya ATƏT-in Minsk qrupunun tərkibinə daxildir və yanvarın 1-dən etibarən 1 il ərzində ATƏT-ə sədrlik edəcək.

Son xəbərlər

Orphus sistemi