​ATƏT-in fəaliyyətdə olan sədri: "Cənubi Qafqazda münaqişələrin həlli üçün bütün əsas tərəflərin sülh prosesinə sadiq olması lazımdır"

​ATƏT-in fəaliyyətdə olan sədri: "Cənubi Qafqazda münaqişələrin həlli üçün bütün əsas tərəflərin sülh prosesinə sadiq olması lazımdır" "ATƏT regionda həlli uzanan münaqişələrin gərginləşməsinin qarşısını almaqda yardım edə bilər"
Qarabağ
9 İyul , 2015 13:55
​ATƏT-in fəaliyyətdə olan sədri: Cənubi Qafqazda münaqişələrin həlli üçün bütün əsas tərəflərin sülh prosesinə sadiq olması lazımdır

Bakı. 9 iyul. REPORT.AZ/ "Cənubi Qafqazda münaqişələrin həlli üçün bütün əsas maraqlı tərəflərin sülh prosesinə sadiq olması lazımdır". "Report" xəbər verir ki, bu barədə bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç ATƏT Parlament Assambleyasının (ATƏT PA) Helsinkidə keçirilən yekun iclasındakı çıxışı zamanı bildirib.

Daçiç, həmçinin qeyd edib ki, ATƏT regionda həlli uzanan münaqişələrin gərginləşməsinin qarşısını almaqda yardım edə və münaqişələrdən əziyyət çəkən insanların həyat şəraitinin yaxşılaşdırması istiqamətində fəaliyyət göstərə bilər.

Qeyd edək ki, bu gün Helsinkidə ATƏT Parlament Assambleyasının 24-cü illik sessiyası başa çatıb. İclasın sonunda yekun bəyannamə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi