Yuxarı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Xankəndiyə səfər edib

Kaspşik təmas xəttində vəziyyəti müzakirə edib

Bakı. 17 noyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Xankəndiyə səfər edib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Xankəndidə A.Kaspşik Dağlıq Qarabağın separatçı rejiminin nümayəndələri, o cümlədən "DQR müdafiə ordusunun komandiri" Movses Akopyanla görüşüb.

Görüş zamanı Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət, eləcə də Ermənistanın vurulan hərbi helikopterinin heyət üzvlərinin taleyi ilə bağlı məsələlər müzakirə olunub. 

Qeyd edək ki, helikopterin vurulması hadisəsi ilə bağlı noyabrın 12-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib. Azərbaycan qoşunları tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi