Yuxarı

ATƏT-in fəaliyyətdə olan sədri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafındakı cari vəziyyət müzakirə olunub

Bakı. 23 iyun. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafındakı cari vəziyyət müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi