ATƏT-in fəaliyyətdə olan sədri: "Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yeganə format deyil"

ATƏT-in fəaliyyətdə olan sədri: "Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yeganə format deyil" Ancelino Alfano: "Mövqeyimiz ATƏT-in əvvəlki sədrinin siyasətini davam etdirir"
Qarabağ
1 Fevral , 2018 16:01
ATƏT-in fəaliyyətdə olan sədri: Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yeganə format deyil

Bakı. 1 fevral. REPORT.AZ/ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu formatını yeganə mümkün format hesab etmir.

"Report" TASS-a istinadən xəbər verir ki, A.Alfano bu barədə rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin etdiklərini dəstəkləyirik. Eyni zamanda hesab etmirik ki, bu yeganə mümkün formatdır. Bununla belə, hesab edirik ki, mövqeyimiz ATƏT-in əvvəlki sədrinin (Avstriya - red.) siyasətini davam etdirir. Düşünürük ki, bu, ədalətlidir", - ATƏT-in fəaliyyətdə olan sədri deyib.

Son xəbərlər

Orphus sistemi