Yuxarı
    Bağlamaq

    ATƏT-in fəaliyyətdə olan sədri həll olunmamış münaqişələrin nizamlanmasına yardım edəcəyinə söz verib

    Sebastyan Kurts: Həll olunmamış münaqişələrin nizamlanmasına yardım etməyə çalışacağıq

    Bakı. 4 fevral. REPORT.AZ/ "Həll olunmamış münaqişələrin nizamlanmasına yardım etməyə çalışacağıq".

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Kişinyovda keçirilən brifinqdə Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurts Dnestryanı münaqişəsinin nizamlanmasına dair məsələni şərh edərkən deyib.

    Federallaşma məsələsi barədə danışan S.Kurts, münaqişənin həllinə gətirib çıxara biləcək bütün təklifləri dinləməyə hazır olduğunu söyləyib. Ancaq onun fikrincə, doğru yol Moldovanın ərazi bütövlüyünü nəzərə alaraq, Dnestryanıya xüsusi status verməkdir.

    "Münaqişə və Dnestryanı problem uzun müddətdir mövcuddur. Hesab edirəm ki, əsas məqsədləri müəyyənləşdirmək və məsələnin tez zamanda həllinin mümkün olmadığını anlamaq vacibdir", - o əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi