Bakı. 29 iyun. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin gərginləşmək potensialı var".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Cənubi Qafqaz regionuna uçmamışdan əvvəl Berlində jurnalistlərə açıqlamasında deyib.
Almaniyanın ATƏT-ə sədrlik etdiyi dövrdə bu təhlükəni mümkün olduğu qədər söndürməyə biz məsuliyyət daşıyırıq. Bunu atəşkəs konsolidasiyası, qarşılıqlı etimadın yaradılması və danışıqların tezliklə başlanması yolu ilə həyata keçirməliyik", - deyə F.-V.Ştaynmeyer bildirib.
Qeyd edək ki, Frank-Valter Ştaynmayerin Cənubi Qafqaz regionuna səfəri bu gün başlayır. ATƏT-in fəaliyyətdə olan sədri bu gün Yerevana gedəcək, iyunun 30-da Bakıda görüşlər keçirəcək və sonra Tbilisiyə yola düşəcək.