Yuxarı
    Bağlamaq

    ATƏT-in baş katibi və Ermənistanın XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

    Edvard Nalbandyan Lamberto Zanyerlə Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində görüşüb

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Edvard Nalbandyan ATƏT-in baş katibi Lamberto Zanyer ilə görüşüb.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüş Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində baş tutub.

    Görüşdə tərəflər ATƏT-in gündəliyindəki məsələlər, bir sıra beynəlxalq və regional problemlər haqqında fikir mübadiləsi aparıblar.

    Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyət də müzakirə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi