ATƏT-in baş katibi və Ermənistanın XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

ATƏT-in baş katibi və Ermənistanın XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər Edvard Nalbandyan Lamberto Zanyerlə Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində görüşüb
Qarabağ
20 Sentyabr , 2016 16:59
ATƏT-in baş katibi və Ermənistanın XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Bakı. 20 sentyabr. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Edvard Nalbandyan ATƏT-in baş katibi Lamberto Zanyer ilə görüşüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüş Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində baş tutub.

Görüşdə tərəflər ATƏT-in gündəliyindəki məsələlər, bir sıra beynəlxalq və regional problemlər haqqında fikir mübadiləsi aparıblar.

Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyət də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi