Yuxarı
    Bağlamaq

    ATƏT-in baş katibi: "Dağlıq Qarabağda baş verənlərdən çox narahatıq"

    Lamberto Zannier: Son bir neçə gündə Dağlıq Qarabağda yenidən qarşıdurmalar baş verdi

    Bakı. 19 fevral. REPORT.AZ/ "Son bir neçə gündə Dağlıq Qarabağda yenidən qarşıdurmalar baş verdi. Biz baş verənlərdən çox narahatıq".

    "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu ATƏT-in baş katibi Lamberto Zannier deyib.

    O, bildirib ki, Münxendə ATƏT-in Minsk qrupu (Rusiya, Fransa, ABŞ) həmsədrlərinin Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlikləri başçıları ilə görüşü keçirilib. Müzakirə pozitiv olub, amma əhəmiyyətli irəliləyiş yoxdur.

    "Biz öz tərəfimizdən, tərəflərin razılaşdıqları bütün mexanizmləri işə salmağa hazırıq. Nə vaxt ki, hadisələrin araşdırılmasına şərait yaradılacaq, biz həmin an hazırıq. Amma qərarların qəbul olunmasında tərəfləri əvəz edə bilmirik" – deyə o bildirib.

    ATƏT sədri münaqişənin həlli ilə bağlı irəliləyişin məhdudlaşdıığını vurğulayıb. O, həmçinin hər iki ölkə liderinin görüşünün gündəliyi, tarixi, imkanları haqqında anlayışı görmədiyini deyib: "Bu, istənilən halda aktual deyil".

    Lamberto Zannier əlavə edib ki, təmas xəttində ağır silahların istifadəsi ilə vəziyyət pisləşib və qurbanlar arasında mülki şəxslər də var. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi