ATƏT-in amerikalı həmsədri Azərbaycan və Ermənistan prezidentlərinə çağırış edib

ATƏT-in amerikalı həmsədri Azərbaycan və Ermənistan prezidentlərinə çağırış edib Ceyms Uorlik cəbhə bölgəsində qoşunların təmas xətti boyu zorakılığın dayandırılmasını istəyir
Qarabağ
23 Yanvar , 2015 18:25
ATƏT-in amerikalı həmsədri Azərbaycan və Ermənistan prezidentlərinə çağırış edib

Bakı. 23 yanvar. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərini təmas xətti boyu zorakılığı dayandırmağa çağırıb. 

"Report"un məlumatına görə, bu barədə C.Uorlik öz "twitter" səhifəsində yazıb. 

"Mənim prezidentlərə müraciətim: qoşunların təmas xətti boyu zorakılığı dayandırmaq və danışıqlara sadiq qalmaqdır", - həmsədr qeyd edib. 

Xatırladaq ki, son zamanlar qoşunların təmas xətti boyu vəziyyət gərginləşib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ermənilərin diversiya-kəşfiyyat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər, lakin bu təxribatın qarşısı alınıb. Nəticədə Ermənistan tərəfi iki hərbçisini itirib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri isə heç bir itki verməyib.   

Son xəbərlər

Orphus sistemi