Yuxarı

​ATƏT Dağlıq Qarabağda baş verən insidentlərin araşdırılması üçün konkret addımlar atacaq

Bu barədə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə razılıq əldə olunub

Bakı. 17 may. REPORT.AZ/Azərbaycan və Ermənistan prezidentlərinin münaqişə zonasında vəziyyət gərginləşəndən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilən ilk görüşdən sonra qoşunların təmas xəttində baş verən insidentlərin araşdırılmasına imkan verəcək konkret addımların atılması barədə razılıq əldə olunub.

"Report" xəbər verir ki, bu barədə Vyanada keçirilən görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

"Razılığa gəldik ki, ATƏT təmas xəttindəki insidentlərin araşdırılmasına imkan verəcək konkret addımlar atacaq", — deyə nazir əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi