Yuxarı
    Bağlamaq

    ​ATƏT Dağlıq Qarabağ üzrə sammitə hazırlıqlarda iştirak etmir

    Kreml üçtərəfli sammitə hazırlıqların getdiyini təsdiq edib

    Bakı. 14 iyun. REPORT.AZ/ ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli sammitin hazırlıqlarında iştirak etmir.

    "Report" xəbər verir ki, bu barədə TASS-a ATƏT-in Mətbuatla əlaqələr şöbəsinin rəhbəri vəzifəsini icra edən Nataşa Racakoviç məlumat verib.

    O, bununla bağlı hər hansı bir şərh verməkdən imtina edib və görüşün keçirilmə tarixi ilə bağlı suala cavab verməyib.

    "ATƏT Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ üzrə sammitin təşkilinə cəlb olunmayıb və biz onu şərh edə bilmərik", - deyə o bildirib.

    "Biz bildiyimizə görə, sammiti Rusiya çağırır. Belə olan halda siz öz suallarınızı Rusiya hökumətinə ünvanlamalısınız", - deyə ATƏT rəsmisi əlavə edib.

    Kreml iyunun 10-da Dağlıq Qarabağda vəziyyətin nizamlanması üzrə üçtərəfli sammitə hazırlıqların getdiyini təsdiq edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün Sankt-Peterburqda baş tuta biləcəyini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi