Yuxarı

​Türkiyə XİN rəhbəri: "ATƏT Dağlıq Qarabağ probleminin həllində fəaliyyətsizdir"

Qafqazdakı problemlərin həlli Dağlıq Qarabağ münaqişənin nizamlanmasından asılıdır

Bakı. 25 fevral. REPORT.AZ/ "Xocalı soyqırımı insanlığın üz qarasıdır". "Report"un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "ADA" Universitetində "Türkiyənin xarici siyasəti: Qafqaz və Azərbaycana dair perspektivlər" mövzusunda keçirilən müzakirələrdə çıxışı zamanı bildirib.

O, sabah Bakıda Xocalı soyqırımı ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcəyini də deyib.

"Ermənistan Dağlıq Qarabağ probleminin qurbanıdır. Çünki həmin dövlət sərbəst şəkildə bu məsələni həll etməyə qadir deyil. Qarabağ probleminin həll olunmaması səbəbindən Ermənistan Avropa Birliyi ilə əlaqə qura bilmir. Beynəlxalq təşkilatlar Qarabağ problemini zamanında həll etsəydi, bu gün onun əvəzini ödəməzdi. Qafqazdakı problemlərin həlli Dağlıq Qarabağ münaqişənin nizamlanmasından asılıdır. Biz münaqişənin həllini istəyirik. Atatürk deyib: ölkədə sülh, dünyada sülh", - nazir əlavə edib.

Eyni zamanda M.Çavuşoğlu beynəlxalq təşkilatların problemlərin həllində aciz olmasına toxunaraq, buna misal olaraq Dağlıq Qarabağ probleminin həllində ATƏT-in fəaliyyətsizliyinə diqqət çəkib: "Azərbaycan Türkiyə ilə birlikdə hərəkət etsə, o zaman problemləri həll edəcəyik. Birgə əməkdaşlığımızdan başda bölgə dövlətləri olmaqla, bütün dünya faydalanacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi