Bakı. 8 aprel. REPORT.AZ/ ATƏT baş katibi Lamberto Zanyer Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etməyi planlaşdırır.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ATƏT baş katibi Moskvaya aprelin sonlarında səfər etməyi planlaşdırır. O, səfər çərçivəsində Qarabağ münaqişəsinin nizamlanması məsələsini Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə müzakirə edəcək.