Yuxarı

ATƏT baş katibi hərbi insidentlərin qarşısının alınması üçün platforma yaradılmasını təklif edib

Onun sözlərinə görə, bu sazişlərə insidentlərin araşdırılması üzrə xüsusi prosedurlar daxil edilə bilər

Bakı. 28 aprel. REPORT.AZ/ ATƏT baş katibi Lamberto Zannyer hərbi insidentlərin qarşısının alınması üçün yeni beynəlxalq platforma yaradılmasını təklif edib. "Report" xəbər verir ki, L.Zannyer bu barədə bu gün beynəlxalq təhlükəsizlik üzrə Moskva konfransında çıxışı zamanı fikir bildirib.

"Biz hərbi insidentlərin qarşısının alınması üçün yeni platforma yaradılmasını təklif edirik. Ölkələrin birtərəfli qaydada, regional əsasda qarşılıqlı fəaliyyət göstərməsi üçün Təşkilatdan da istifadə edə bilərik. Ən əsası bu gərginliyin qarşısını almaqdır", - deyə ATƏT baş katibi bildirib.

Onun sözlərinə görə, bu sazişlərə insidentlərin araşdırılması üzrə xüsusi prosedurlar daxil edilə bilər və bunun sayəsində prosesin həlli alətləri çoxalar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi