Yuxarı

ATƏT-in baş katibi: "Dağlıq Qarabağ münaqişəsi zonasında son hadisələr böyük narahatlıq doğurur"

Yerlərdə ATƏT monitorinqinin gücləndirilməsi sabitləşdirici rol oynaya bilər

Bakı. 28 iyun. REPORT.AZ/ "ATƏT məkanında həll olunmamış münaqişələrə daha çox diqqət yetirməliyik. Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində bu yaxınlarda vəziyyətin pisləşməsi böyük narahatlıq doğurur".

"Report" xəbər verir ki, bunu ATƏT baş katibi Lamberto Zanyer Vyanada təhlükəsizlik məsələləri üzrə illik konfransda deyib.

O, artıq mövcud olan formatlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların aparılmasının zəruri olduğunu vurğulayıb. L.Zanyer, həmçinin təhlükəsizliyin təmin edilməsi tədbirləri və tərəflər arasında etimadın qurulması üzrə irəliləyiş əldə edilməsinin vacibliyini qeyd edib.

"Yerlərdə ATƏT monitorinqinin gücləndirilməsi sabitləşdirici rol oynaya bilər", - deyə ATƏT baş katibi bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi