ATƏT Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirəcək

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirəcək Monitorinq Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində yerləşən cəbhə xəttində aparılacaq
Qarabağ
4 Aprel , 2017 10:01
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirəcək
Mod.gov.az

Bakı. 4 aprel. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 5-də Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Piter Şvedberq, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Hans Lampalzer keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika və YSPQ-in nümayəndəsi polkovnik-leytenant Patrik Farrelli keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi