ATƏT Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçirib

ATƏT Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçirib ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik sərhəddə olub
Qarabağ
13 Dekabr , 2017 12:27
ATƏT Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçirib
Mod.gov.az

Bakı. 13 dekabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 13-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Oqnyen Joviç keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika və Saymon Tiller keçiriblər. 

Son xəbərlər

Orphus sistemi