Yuxarı
    Bağlamaq

    ATƏT-in MQ həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Parisə gediblər

    Ceyms Uorlik: Ümid edirəm ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə imkan yaradacaq

    Bakı. 27 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Parisə gediblər.

    "Report" xəbər verir ki, bu barədə ATƏT-in MQ-nin amerikalı həmsədri Ceyms Uorlik öz Tvitter səhifəsində bildirib. 

     "Ümid edirəm ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə imkan yaradacaq" - deyə, vasitəçi vurğulayıb.

    Qeyd edək ki, İlham Əliyev və Serj Sarqsyanın növbəti görüşü Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə bu gün Parisdə keçiriləcək. Fransa KİV-nin məlumatına əsasən, görüş Yelisey sarayında baş tutacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi