Yuxarı

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcəklər

Görüş bu gün keçiriləcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Nyu-York şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcəklər. “Report”un xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb. O, görüşün bu gün keçiriləcəyini bildirib. Görüş zamanı tərəflərlə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı danışıqların növbəti addımları müzakirəsi aparılacaq.

Qeyd edək ki, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov sentyabrın 22-də BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfərə gedib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi