Yuxarı

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ermənistana gedib

Ceyms Uorlik Ermənistanın rəsmi şəxsləri ilə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələlərini müzakirə edəcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistana gedib.

Report D.Uorlikin Twitter səhifəsinə istinadən xəbər verir ki, səfər çərçivəsində həmsədr Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarını müzakirə etmək üçün Ermənistanın yüksək vəzifəli rəsmi şəxsləri ilə görüşəcək. 

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Brüsseldə keçirilən görüşlərinin nəticələrinə görə, həmsədrlərin 24 iyul tarixli birgə bəyanatında vasitəçilər münaqişənin tənzimlənməsi üzrə işləri davam etdirəcəklərini bildiriblər. Onlar sülh danışıqlarında irəliləyişə nail olmaq üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin vacibliyini vurğulayıblar. Həmsədrlər həmçinin BMT Baş Assambleyasının növbəti sessiyasının açılışı çərçivəsində Nyu-Yorkda gerçəkləşəcək görüşün təfərrüatlarını müzakirə ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi