Yuxarı
    Bağlamaq

    AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında əlaqələr təşkil etmək niyyətindədir

    Pedro Aqramunt Ermənistana səfər etmək arzusunu dilə gətirib

    Bakı. 14 oktyabr. REPORT.AZ/ AŞPA sədri Pedro Aqramunt Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında əlaqələrin təşkili təşəbbüsü ilə çıxış etməyə hazırlaşır.

    "Report" "Azatutyun" radiosuna istinadən xəbər verir ki, P.Aqramunt bu barədə Ermənistan Milli Məclisinin (parlamentini) vitse-spikeri və Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan ilə görüşündə bildirib.

    P.Aqramunt bu məsələdə AŞPA-nın daha konstruktiv şəkildə iş aparacağını da qeyd edib.

    Bununla yanaşı, AŞPA sədri Ermənistana səfər etmək arzusunu da dilə gətirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi