AŞPA prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini irəli çəkəcək yollar tapmaq zəruridir"

AŞPA prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini irəli çəkəcək yollar tapmaq zəruridir" "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliyə doğru atılmış heç bir addım yoxdur"
Qarabağ
25 Yanvar , 2016 14:26
AŞPA prezidenti: Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini irəli çəkəcək yollar tapmaq zəruridir

Bakı. 25 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu gün Strasburqda öz işinə başlayan sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamənin qəbul edib-etməyəcəyinə dair qərar verəcək.

"Report"un məlumatına görə, bu barədə məlumatı AŞPA prezidenti Ann Brasser bu gün Strasburqda keçirdiyi mətbuat konfransında verib.

Jurnalistlərin ATƏT-in Misnk qrupunun həmsədrlərinin bir müddət əvvəlki çıxışlarını nəzərə alaraq, sessiya çərçivəsində bu münaqişənin müzakirə olunmasıyla bağlı sualına A.Brasser belə cavab verib: "Assambleya özü bu məsələni müzakirə edib, həll yolları axtarmalıdır. Çünki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliyə doğru atılmış heç bir addım yoxdur. Münaqişənin həlli prosesini irəli çəkəcək yollar tapmaq zəruridir. AŞPA bu məsələyə öz töhfəsini verməyə hazırdır".

Son xəbərlər

Orphus sistemi