Yuxarı
    Bağlamaq

    AŞPA-nın münaqişələr üzrə Alt Komitəsi Afinada Dağlıq Qarabağ məsələsini müzakirə edib

    İclas çərçivəsində Alt Komitənin sədri ATƏT-in münaqişələr üzrə üç nümayəndəsi ilə görüşüb

    Bakı. 26 sentyabr. REPORT.AZ/ Avropa Şurası ölkələri arasında münaqişələr üzrə AŞPA-nın Alt Komitəsi Afinada həlli uzanan münaqişələrin nizamlanması məsələsini müzakirə edib.

    "Report" xəbər verir ki, Yunanıstan parlamentində keçirilən görüşdə Dağlıq Qarabağ və Dnestryanı münaqişələri ilə bağlı vəziyyət, eləcə də Ukraynanın şərqindəki münaqişə muzakirə olunub.

    İclas çərçivəsində Alt Komitənin sədri Ştefan Şennak ATƏT-in münaqişələr üzrə üç nümayəndəsi - bu il ATƏT-ə sədrlik edən Almaniyanın Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan üzrə məsul nümayəndəsi Klaus Keller, ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi Martin Saydik və ATƏT-in Dnestryanı münaqişə üzrə xüsusi nümayəndəsi Ditrix Haym ilə görüşüb.

    Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Ştefan Şennak bu ilin mart ayında AŞPA-nın münaqişələr üzrə yeni alt komitəsinin sədri seçilib. Ş.Şennak həmçinin AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisidir.

    O, daha əvvəl Dağlıq Qarabağ münaqişəsinin yeni alt komitə ilə məşğul olacağı üç prioritet məsələdən birinə çevriləcəyini bəyan edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi