Yuxarı
    Bağlamaq

    AŞPA-nın fəxri üzvü: "Dünya ictimaiyyəti Xocalı faciəsinə lazımi reaksiya verməyib"

    Anatoli Raxanski: ATƏT və BMT həmin hadisələrə vaxtında reaksiya vermədi

    Bakı. 26 fevral. REPORT.AZ/ "Dünya ictimaiyyəti Xocalı faciəsinə lazımi şəkildə reaksiya verməyib".

    Bu sözləri "Report"un Kiyev bürosuna Avropa Şurası Parlament Assambleyasının (AŞPA) fəxri üzvü Anatoli Raxanski deyib.

    "Birincisi, ATƏT və BMT həmin hadisələrə vaxtında reaksiya vermədi. İkincisi, onlar əllərindəki vasitələrdən bu cinayəti törədənlərin cəzalandırılması üçün etməyiblər. Yəni təəssüf ki, dünya birliyi bu təşkilatların simasında effektiv işləmədi. Və biz onların işlərindəki qeyri-effektivliyi bu gün başqa dövlətlərin ərazilərinin işğalı və s. cinayətlərə reaksiyalarında görməkdə davam edirik", - deyə Raxanski əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi