AŞPA-nın Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi üzrə məruzəçisinin Azərbaycana səfərinin tarixi açıqlanıb

AŞPA-nın Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi üzrə məruzəçisinin Azərbaycana səfərinin tarixi açıqlanıb Robert Uolter qaçqınlar və məcburi köçkünlərlə görüşəcək
Qarabağ
6 Mart , 2015 14:20
AŞPA-nın Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi üzrə məruzəçisinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Bakı. 6 mart. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məsələlər üzrə Komitəsinin məruzəçisi Robert Uolter martın 12-13-də Dağlıq Qarabağ münaqişəsi məsələsi ilə bağlı məruzənin hazırlanması üçün Bakıya tanışlıq xarakterli səfər edəcək. AŞPA mətbuat xidmətindən "Report"a bildiriblər ki, səfər zamanı məruzəçinin Azərbaycan prezidenti, parlament sədri, xarici işlər, ədliyyə və müdafiə nazirləri ilə görüşlərləri nəzərdə tutulub. 

Səfər çərçivəsində R.Uolter, həmçinin Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri və AŞPA-dakı Azərbaycan nümayəndə heyəti ilə görüşəcək. 

Məruzəçinin, həmçinin qaçqınlar və məcburi köçkünlərlə, Dağlıq Qarabağ münaqişəsi məsələsi ilə məşğul olan ictimai cəmiyyət və birlik nümayəndələri ilə görüşləri də planlaşdırılıb. 

Xatırladaq ki, Böyük Britaniyadan olan deputat Robert Uolter 2014-cü ilin oktyabr ayında AŞPA-nın payız sessiyasında Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunan ərazilərində vəziyyətin gərginləşməsi üzrə məruzəçi təyin olunub. 

Son xəbərlər

Orphus sistemi