Yuxarı

AŞPA-nın Azərbaycanın işğal olunmuş əraziləri üzrə məruzəçisi qoşunların təmas xəttinə baş çəkəcək

Səfər sentyabrın 15-16-da baş tutacaq

Bakı. 14 sentyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması ilə bağlı hesabat hazırlayan məruzəçi Robert Uolter (Böyük Britaniya) Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinə tanışlıq xarakterli səfər edəcək. AŞPA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər sentyabrın 15-16-da baş tutacaq. 

R.Uolter qoşunların təmas xəttinə səfərə Azərbaycan tərəfindən başlayacaq.

"Təmas xəttinin digər tərəfinə səfər yaxın günlərdə baş tutacaq", - AŞPA-dan bildiriblər.

Qeyd edək ki, R.Uolter AŞPA-nın 2014-ci ilin oktyabrında baş tutan payız sessiyasında Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində vəziyyətin gərginləşməsi ilə bağlı məruzəçi təyin edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi