AŞPA-nın Alt Komitəsində Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə fasilə yaranmasının səbəbi açıqlanıb - EKSKLÜZİV

AŞPA-nın Alt Komitəsində Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə fasilə yaranmasının səbəbi açıqlanıb - EKSKLÜZİV Ştefan Şennak: “Müzakirələr gələn ilin əvvəlində başlayacaq"
Qarabağ
13 Oktyabr , 2017 13:12
AŞPA-nın Alt Komitəsində Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə fasilə yaranmasının səbəbi açıqlanıb - EKSKLÜZİV
AŞPA Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri Ştefan Şennak / Report

Strasburq. 13 oktyabr. REPORT.AZ/ "Avropa Şurası Parlament Assambleyasının Alt Komitəsi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan müzakirələrdə hələlik fasilə yaranıb".

Bunu "Report"un Fransa bürosuna açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri Ştefan Şennak bildirib. 

Onun sözlərinə görə, fasilənin yaranması AŞPA-nın Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi, Böyük Britaniyadan olan deputat Alan Mealein səlahiyyət müddətinin bitməsi ilə bağlıdır: "Onun AŞPA yanında missiyası bu ilin sonu başa çatacaq. Alt Komitə çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr gələn ilin əvvəlində Ermənistan üzrə yeni həmməruzəçinin seçilməsindən dərhal sonra başlayacaq".

Vüsalə İsmətqızı, Paris

Son xəbərlər

Orphus sistemi