Yuxarı
    Bağlamaq

    AŞPA Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sentyabrda Afinada görüş keçirəcək - EKSKLÜZİV

    Alt Komitənin sədri: Vyanada nəzərdə tutulan müzakirələr təxirə salınıb

    Strasburq. 30 iyun. REPORT.AZ/ "Münaqişələrin həllinə həsr edilən növbəti görüşün Avstriyanın Vyana şəhərində keçirilməsi planlaşdırılırdı. Təəssüflər olsun ki, mürəkkəb beynəlxalq vəziyyətlə əlaqədar olaraq tərəfdaşları bir yerə yığmaq mümkün olmadığı üçün bu görüş təxirə salınıb".

    Bunu "Report"un Fransa bürosuna açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri, qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennax deyib. 

    O bildirib ki, bu ilin sentyabrın 25-də Yunanıstan paytaxtı Afina şəhərində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş keçiriləcək: "Bu görüşdə sülhün yaradılması proseslərində iştirak edən bütün tərəfdaşlar, habelə ATƏT-in Minsk qrupunun üzvlərinin iştirakı nəzərdə tutulub. Görüş zamanı Avropa Şurası məkanında olan 4 münaqişənin həlli ilə bağlı müzakirələr aparılacaq, lakin Dağlıq Qarabağ münaqişəsi prioritet hesab edilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üçün aparılan danışıqlarda fasilə yaranması Ermənistan parlamentindəki dəyişikliklərlə bağlıdır".

    Vüsalə İsmətqızı

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi