Yuxarı

AŞPA-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr başlayıb

Debatlar çərçivəsində 45 deputatın çıxışı gözlənilir

Bakı. 26 yanvar. REPORT.AZ/ Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyətin müzakirəsi başlayıb. "Report"un məlumatına görə, bu gün AŞPA-nın deputatları Azərbaycanın işğal olunmuş ərazilərinə dair iki hesabatı müzakirə edəcək.

Robert Uolterin (Böyük Britaniya) "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" hesabatının müzakirəsində AŞPA-nın 45 deputatının çıxışı gözlənilir. R.Uolter artıq AŞPA-nın üzvü olmadığından hesabatı sessiya iştirakçılarına AŞPA deputatı Moqens Yensen təqdim edib.

Bu gün, həmçinin deputat Militsa Markoviçin (Bosniya və Herseqovina) "Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri" adlı hesabatının da müzakirəsi ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi