AŞPA-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr başlayıb

AŞPA-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr başlayıb Debatlar çərçivəsində 45 deputatın çıxışı gözlənilir
Qarabağ
26 Yanvar , 2016 13:19
AŞPA-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr başlayıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyətin müzakirəsi başlayıb. "Report"un məlumatına görə, bu gün AŞPA-nın deputatları Azərbaycanın işğal olunmuş ərazilərinə dair iki hesabatı müzakirə edəcək.

Robert Uolterin (Böyük Britaniya) "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" hesabatının müzakirəsində AŞPA-nın 45 deputatının çıxışı gözlənilir. R.Uolter artıq AŞPA-nın üzvü olmadığından hesabatı sessiya iştirakçılarına AŞPA deputatı Moqens Yensen təqdim edib.

Bu gün, həmçinin deputat Militsa Markoviçin (Bosniya və Herseqovina) "Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri" adlı hesabatının da müzakirəsi ediləcək.

Son xəbərlər

Orphus sistemi