Yuxarı
    Bağlamaq

    Aslambek Aslaxanov: "Rusiya olmadan Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh olmayacaq"

    Azərbaycan Rusiya üçün dost, qonşu və tərəfdaşdır

    Moskva. 7 sentyabr. REPORT.AZ/ Yaxın Şərqdə baş verən son hadisələri nəzərə alaraq, Rusiya və Azərbaycan arasında dostluq hər iki ölkə üçün çox vacibdir.

    Bu barədə "Report"a rusiyalı politoloq, RF Federasiya Şurasının üzvü, ehtiyatda olan polis general-polkovniki Aslambek Aslaxanov bildirib. 

    "Ölkələr arasında münasibətlər çətin zamanlar yaşayıb. Bu gün münasibətlər, demək olar ki, ideala yaxındır. Azərbaycan Rusiya üçün dost, qonşu və tərəfdaşdır. Yaxın Şərqdə baş verən hadisələri nəzərə alaraq, bizim dostluğumuz  hər iki ölkə üçün çox vacibdir", - A.Aslaxanov bildirib. 

    Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan politoloq vurğulayıb ki, "rifah açarları müharibə axtaranlarda deyil, sülh axtaranlardadır".

    "Ümid edirəm ki, Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq. İstənilən halda, dərk etmək lazımdır ki, Rusiya olmadan Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh olmayacaq", - politoloq bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi