Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında Ermənistanın işğalçılıq siyasətinin nəticələrindən danışılıb

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında Ermənistanın işğalçılıq siyasətinin nəticələrindən danışılıb Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Malayziyada səfərdədir
Qarabağ
2 Mart , 2015 22:21

Bakı. 2 mart. REPORT.AZ/ Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Malayziyada səfərdədir. O, Kuala Lumpur şəhərində keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında (ICAPP) YAP-ı təmsil edir.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, S. Fətəliyeva konfransda çıxış edərək bildirib ki, müasir dünyanın qarşısında bır sıra çağırışlar durur: Terrorizmlə və ekstremizmlə, dini dözümsüzlüklə mübarizə, bütün dünyada insanların sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi. O deyib: “Təəssüflər olsun ki, biz terrorizmin nə olduğunu çox yaxşı bilirik. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən zəbt olunub. İşğal bu gün də davam edir. Bu işğal çoxlu sayda insanın ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsinə, 1 milyondan artıq insanın doğma yurdlarından didərgin düşərək, qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olub. Bununla kifayətlənməyən terroristlər tarixi abidələrimizi, mədəni irsimizi, bütünlüklə kəndlərimizi məhv ediblər, ekologiyaya ziyan vurublar.

Biz daimi olaraq dünya ictimaiyyətini çağırırıq ki, Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə məcbur etsin. Biz onların girov götürdükləri insanların geri qaytarılmasını tələb edirik. Əgər bu gün biz dünyada sülhün və stabilliyin bərqərar olunmasını istəyiriksə, ən əsas və ali amilə, beynəlxalq hüquq normalarına riayət etməli, insanlığa hörmətlə yanaşmalıyıq”.

Son xəbərlər

Orphus sistemi