Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək ölkənin “Dövlət sərhədi haqqında" qanununu pozmuş və buna görə də
Məktubda David Turaşvili bu səfərin təsadüfi və qərəzsiz olduğunu, heç bir halda Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmətsizlik xarakteri daşımadığını bildirib. O, müstəsna hal kimi “arzuolunmaz şəxslər” siyahısına salınması barəsində qərarın ləğv edilməsini xahiş edib.
David Turaşvilinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılmasına dair qərar qəbul edilib.