Yuxarı
    Bağlamaq

    Araz Əzimov: "Dağlıq Qarabağla bağlı referendum keçirilsə, bütün Azərbaycan xalqı onda iştirak edəcək"

    Hazırda referendum keçirilməsi məsələsi müzakirə olunmur

    Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı referendum keçirilməsinin mümkünlüyü məsələsini şərh edib.

    "Report" xəbər verir ki, A.Əzimov jurnalistlərə açıqlamasında hazırda referendum keçirilməsi məsələsinin müzakirə olunmadığını bildirib.

    "Azərbaycan Respublikasının Konstitusiyası bunu tələb edərsə, bütün Azərbaycan ərazisində referendum keçirilə bilər. Münaqişənin həlli zamanı nə vaxtsa məsələ referendum keçirilməsinə çatsa, bütün Azərbaycan xalqı onda iştirak edəcək. Regionun statusunun müəyyənləşdirilməsi qanuni proses çərçivəsində həyata keçirilməlidir. Bu isə həmin torpaqlardan qovulmuş əhalinin iştirakı ilə mümkündür", - deyə o vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi