Aprel döyüşlərində şəhid olan hərbçinin medalı valideyninə təqdim olunub - FOTO

Aprel döyüşlərində şəhid olan hərbçinin medalı valideyninə təqdim olunub - FOTO Gizir Sərxan Bayramov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib
Qarabağ
20 May , 2016 15:08
Aprel döyüşlərində şəhid olan hərbçinin medalı valideyninə təqdim olunub - FOTO

Bakı. 20 may. REPORT.AZ/ Aprel ayında qoşunların təmas xəttində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu, gizir Sərxan Oqtay oğlu Bayramov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

"Report"un məlumatına görə, 23 yaşlı şəhidin medalı doğulduğu Zaqatala şəhərində keçirilən qırx mərasimində valideyninə təqdim olunub. 

Mərasimdə Müdafiə Nazirliyinin, Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Ailənin iki hərbçi övladından biri olan şəhidin medalı atasına təqdim edilib.

Son xəbərlər

Orphus sistemi