Aprel döyüşlərində şəhid olan gizirin medalı ailəsinə təqdim olunub - FOTO

Aprel döyüşlərində şəhid olan gizirin medalı ailəsinə təqdim olunub - FOTO "O, hər zaman igidliyi və cəsurluğu ilə seçilib"
Qarabağ
23 May , 2016 14:24
Aprel döyüşlərində şəhid olan gizirin medalı ailəsinə təqdim olunub - FOTO

Tovuz. 23 may. REPORT.AZ/ Bu ilin aprel ayının əvvəlində cəbhə xəttində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbyacan ordusunun giziri Mirsalam Cəfərovun təltif edildiyi "İgidliyə görə" medalı ailəsinə təqdim olunub. "Report"un məlumatına görə, bu münasibətlə şəhidin doğulduğu Tovuz rayonunda təqdimetmə mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin (MN), Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) və ictimaiyy.tin nümayəndələri iştirak edib.

Tədbirdə polkovnik Abdulla Qurbani çıxış edərək gəncin qısa, lakin şərəfli həyat yolundan danışıb. Onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan, qorxmazlığından söz açıb. Bildirib ki, o, hər zaman igidliyi və cəsurluğu ilə seçilib.

Şəhidin ailəsi onunla fəxr etdiyi deyib. Övladı ilə qürur duyduğunu bildirən şəhid atası özü və şəhidin yeganə qardaşı Mirhəşimlə hər zaman döyüşə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi