Yuxarı
    Bağlamaq

    Anji Kaspşik cəbhə xəttində yaşayan azərbaycanlı dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumatlandırılıb

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ağdam rayonunda olub

    Bakı. 9 avqust. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik avqustun 9-da Ağdam rayonunda olub.

    "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.

    Diqqətə çatdırılıb ki, sonuncu monitorinqin keçirildiyi mart ayının 1-dən indiyədək mülki əhalinin yaşadığı ərazilərdə 996 dəfə atəşkəs pozulub. Düşmənin atəşi nəticəsində rayonun Orta Qərvənd kəndində vətəndaşa məxsus ot bağlamaları yanıb, Təzəkənd kəndində elektrik naqilləri qırılıb.

    Anji Kaspşik ətraflı məlumat üçün minnətdarlığını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi