Anjey Kaspşik cəbhədə monitorinq keçirib

Anjey Kaspşik cəbhədə monitorinq keçirib Bakı. 8 iyun. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 8-də Tərtər rayonu ərazisindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.
Qarabağ
8 İyun , 2018 12:07
Anjey Kaspşik cəbhədə monitorinq keçirib
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 8-də Tərtər rayonu ərazisindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib. 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru keçiriblər. 

Son xəbərlər

Orphus sistemi