Anjey Kaspşik Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirəcək

Anjey Kaspşik Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirəcək Monitorinqin Qazax rayonu istiqamətində keçirilməsi planlaşdırılır
Qarabağ
20 Fevral , 2018 10:38
Anjey Kaspşik Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirəcək

Bakı. 20 fevral. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevral 21-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi