ANAMA tərəfindən 6 ədəd partlamamış hərbi sursat aşkarlanaraq götürülüb

ANAMA tərəfindən 6 ədəd partlamamış hərbi sursat aşkarlanaraq götürülüb Agentlik Ağdam, Tərtər rayonlarında və Gəncə şəhərində aşkarlanmış Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb
Qarabağ
4 İyul , 2016 18:47
ANAMA tərəfindən 6 ədəd partlamamış hərbi sursat aşkarlanaraq götürülüb

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən iyulun 4-də Ağdam, Tərtər rayonlarında və Gəncə şəhərində aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a daxil olan məlumata görə, Qaradağlı kəndi üzrə 3 əkin sahəsində 3 partlayış yerinə baxış zamanı partlamamış hərbi sursat aşkar olunmayıb, ümumilikdə 9 000 kv. m ərazi yoxlanılıb.

Çaylı kəndindəki 1 fermada 5 partlayış yerinə baxış keçirilib, 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 2 ədəd 122 mm-lik top mərmisinin partladıcısı) aşkar edilərək götürülüb, ümumilikdə 8 500 kv. m ərazi yoxlanılıb.

Kəpəz rayonundakı Metal anbarının ərazisində 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 152 mm-lik top mərmisi, 1 ədəd 76 mm-lik top mərmisi və 1 ədəd OQ-9 raketinin gilizi) aşkar edilərək götürülüb, ümumilikdə 200 kv. m ərazi yoxlanılıb.

Beləliklə, 1 metal anbarı, 1 ferma, 3 əkin sahəsi, 8 partlayış yerinə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi, 1 ədəd 152 mm-lik top mərmisi, 1 ədəd 76 mm-lik top mərmisi, 1 ədəd OQ-9 raketinin gilizi və 2 ədəd 122 mm-lik top mərmisinin partladıcısı) aşkar edilərək götürülüb, gün ərzində 17 700 kv. m ərazi təmizlənib.

Ümumiyyətlə, bu il aprelin 7-dən iyulun 4-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 572 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi